Azərbaycanın tanınmış təhsil eksperti, ictimai xadim, pedaqoq Nadir İsrafilov 2025-ci il iyunun 28-də dünyasını dəyişib. Bu acı xəbəri çox təəsüf ki, mətbuatda ilk işıqlandıranlardan biridə mən oldum. Bu xəbər Azərbaycan təhsil ictimaiyyəti və onu tanıyanlar üçün dərin kədər doğurdu.
Bu fikirləri Zəngəzur İnformasiya Agentliyinin baş redaktoru Həsən Məmmədov söyləyib.
Xatırlayıram mən hələ Cebheinfo.az xəbər portalında çalışanda ondan tez-tez açıqlama alırdım. Sonralar Zəngəzur informasiya agentliyinin baş redaktoru olduqda bizim əməkdaşlar ondan tez-tez müsahibələr alsalarda, mən özümdə hər zaman ondan müsahibə alırdım. Ondan müsahibə almaq münasibət öyrənmək o qədər gözəl və maarifləndirici idi ki, adam ondan müsahibə almadan zövq alırdı. Çünki
Nadir İsrafilov uzun illər ərzində Azərbaycan təhsilinin inkişafına, maarifçiliyin genişlənməsinə və gənc nəslin sağlam ruhda tərbiyəsinə xidmət etmiş şəxsiyyət idi. Onun təhsilin müxtəlif istiqamətlərindəki fikirləri, dəyərli çıxışları, məqalələri və mülahizələri həm peşəkar mühitdə, həm də cəmiyyətin geniş kəsimində böyük rəğbət qazanmışdı.
Əmək fəaliyyətində daim yenilikçi yanaşmaları, müasir təhsil konsepsiyalarını müdafiə etməsi ilə seçilən İsrafilov, müəllimlərin, valideynlərin və şagirdlərin problemlərinə həssas yanaşır, çıxışlarında təhsilin insan həyatındakı rolunu xüsusi vurğulayırdı. O, yalnız təhsil işçisi deyil, həm də ziyalı mövqeyi ilə geniş kütlələrin rəğbətini qazanmışdı.
Onun qəfil itkisi təkcə təhsil ictimaiyyəti üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin ziyalı ailəsi üçün böyük bir itki oldu.
Allah rəhmət eləsin.
