1. Ümumi məlumatlar
  2. Ümumi məlumatlar
  3. DİM iyulda bu imtahanları KEÇİRƏCƏK

DİM iyulda bu imtahanları KEÇİRƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək imtahanların siyahısı açıqlanıb. Tiha.az iyul ayında keçiriləcək imtahanlar və imtahana qeydiyyat tarixlərini təqdim edir. İyulun 13-də I-IV ixtisas qrupları üzrə qəbul imtahanı (2-ci...

DİM iyulda bu imtahanları KEÇİRƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək imtahanların siyahısı açıqlanıb.
Tiha.az iyul ayında keçiriləcək imtahanlar və imtahana qeydiyyat tarixlərini təqdim edir.
İyulun 13-də I-IV ixtisas qrupları üzrə qəbul imtahanı (2-ci cəhd),Ədliyyə orqanlarına qulluğa və III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (2-ci cəhd) qəbul imtahanı olacaq.
İyulun 20-də inzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (A və B növü) və peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) keçiriləcək. 
İyulun 6-da II-III ixtisas qrupları üzrə (2-ci cəhd) qəbul imtahanı keçiriləcək.
Danışıq bloku imtahanı 1-5 iyulda baş tutacaq
Taksi sürücülərinin imtahanı 8 iyulda keçiriləcək.
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanları 17 iyulda keçiriləcək.
İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanına (A və B növü) qeydiyyat 24 iyun-10 iyuldur.
BB vəzifə altqrupu üzrə test imtahanına qeydiyyat 3-24 iyuldur.
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarında iştirak üçün qeydiyyat 3 iyun - 3 iyuldur.
Ədliyyə orqanlarına qulluğa qəbul imtahanına qeydiyyat 12 iyun-3 iyuldur.