Elm və təhsil naziri Emin Əmrullayev 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Tiha.az paylaşımı təqdim edir:
"26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu əlamətdar gündə Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla anır, ərazi bütövlüyümüzün keşiyində rəşadətlə dayanan hərbi qulluqçularımıza müstəqil Azərbaycan dövləti naminə müqəddəs xidmətlərində uğurlar arzulayırıq",- deyə nazir qeyd edib.
