1. Ümumi məlumatlar
  2. Ümumi məlumatlar
  3. Azərbaycanın Müdafiə nazirlərinin TƏHSİLİ

Azərbaycanın Müdafiə nazirlərinin TƏHSİLİ

Azərbaycan Respublikasında 26 iyun Silahlı Qüvvələr Günü rəsmi olaraq 1992-ci ildən etibarən qeyd olunur. Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu istiqamətində atdığı ilk addımla ilk hərbi hissənin yaradılması ilə...

Azərbaycanın Müdafiə nazirlərinin TƏHSİLİ

Azərbaycan Respublikasında 26 iyun Silahlı Qüvvələr Günü rəsmi olaraq 1992-ci ildən etibarən qeyd olunur. Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu istiqamətində atdığı ilk addımla ilk hərbi hissənin yaradılması ilə bağlıdır.
 
Tiha.az xəbər verir ki, AzEdu.az bu münasibətlə Azərbaycanın Müdafiə nazirlərinin təhsilinə nəzər salıb.
 
Vahid Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Belə ki, o, 1955-ci ildə 176 №-li orta məktəbə gedib, 1966-cı ildə həmin məktəbi fərqlənmə ilə bitiribdir. 1966-cı ildə Bakı Dövlət Universitetinin Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub və 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakültəni bitirib.
1978–1981-ci illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. O, Azərbaycan Respublikası müdafiə nazirinin müavini və müdafiə naziri olub.(1993).
 
Məmmədrəfi Məmmədov 1942-ci ilin 4 fevralında Quba şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikomuna daxil olub. 1967-ci ildə Tambov şəhərindəki artilleriya-texniki məktəbini bitirib və leytenant rütbəsinə yüksəlib. Bununla da o, Almaniyadakı Sovet Qoşunu qrupuna daxil edilir. Həmçinin o,1973-cü ildə baş leytenant Məmmədov Logistika və Nəqliyyat Hərbi Akademiyasına daxil olub.
2 sentyabr 1993-cü ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə Məmmədrəfi Məmmədov müdaifə naziri vəzifəsinə təyin olunub.
 
Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub.1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirib.
1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub.
 
Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
22 oktyabr 2013-cü ildən etibarən Azərbaycan Respublikasının Müdafiə naziri kimi fəaliyyət göstərir.