1. Ümumi məlumatlar / Rəsmi məlumatlar
  2. Ümumi məlumatlar / Rəsmi məlumatlar
  3. ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

İyunun 5-də Birləşmiş Krallığın Şotlandiya vilayətinin Dandi şəhərində yerləşən Əl-Məktum Ali Təhsil Kollecinin prorektoru, professor Alaa Garad Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rəsmi səfərdə olub. Bu barədə Tiha.az-a...

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

İyunun 5-də Birləşmiş Krallığın Şotlandiya vilayətinin Dandi şəhərində yerləşən Əl-Məktum Ali Təhsil Kollecinin prorektoru, professor Alaa Garad Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rəsmi səfərdə olub.
Bu barədə Tiha.az-a  ADNSU-dan məlumat verilib.
Səfər çərçivəsində qonaq universitetin fəaliyyəti ilə yaxından tanış olub və ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüş keçirilib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Professor Alaa Garad universitetdə göstərilən səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək ADNSU-nun zəngin tarixi, yetişdirdiyi ixtisaslı mütəxəssislər və neft sənayesinin inkişafına verdiyi töhfələr barədə məlumatlı olduğunu qeyd edib.
Görüşün sonunda ADNSU ilə Əl-Məktum Ali Təhsil Kolleci arasında akademik və institusional sahələri əhatə edən Anlaşma Memorandumu imzalanıb.