1. Ümumi məlumatlar
  2. Ümumi məlumatlar
  3. Hansı region universitetlərinin məzunları iş tapa bilir? - STATİSTİKA

Hansı region universitetlərinin məzunları iş tapa bilir? - STATİSTİKA

Azərbaycanda ali təhsil alan tələbələrin əmək bazarına inteqrasiyası son illərdə geniş müzakirə olunan mövzulardan biridir. Xüsusilə region universitetlərində təhsil alan məzunların iş tapmaq imkanları ilə Bakıdakı ali məktəblərin məzunlarının...

Hansı region universitetlərinin məzunları iş tapa bilir? - STATİSTİKA

Azərbaycanda ali təhsil alan tələbələrin əmək bazarına inteqrasiyası son illərdə geniş müzakirə olunan mövzulardan biridir. Xüsusilə region universitetlərində təhsil alan məzunların iş tapmaq imkanları ilə Bakıdakı ali məktəblərin məzunlarının imkanları arasında fərqlər olduğu müşahidə olunur. Paytaxt universitetləri ilə müqayisədə regionlarda təhsil alan tələbələrin əmək bazarına çıxış imkanları daha məhdud, şəbəkələşmə resursları zəif və işəgötürənlərlə əlaqələri daha az inkişaf etmiş olur.

Buna təsir edən amillər arasında infrastruktur fərqləri, təhsil keyfiyyəti ilə bağlı fərqlər, işəgötürənlərin seçim meyarları və regional əmək bazarının məhdudluğu xüsusi yer tutur. 

Tiha.az xəbər verir ki, bu barədə Modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında bu dəfə region universitetlərinin məzunlarının işlə təmin olunması ilə bağlı vəziyyəti araşdırıb. 
Naxçıvan Dövlət Universitetində (NDU) 64 ixtisas var, burada tədris ancaq Azərbaycan dilində aparılır. 5 il ərzində universitetdən 4 min 52 nəfər məzun olub ki, onların da 47.9 faizi - 1939-u məzun olduqdan sonra iş tapa bilib. 

NDU-da ən çox iş tapanlar İqtisadiyyat fakültəsində oxuyub. Buradan 5 il ərzində ümumilikdə 121 nəfər məzun olub. Onların 70-i məzun olduqdan sonra müxtəlif sahələrdə işləyib. Bu isə 57,9 faiz təşkil edir. Ən az göstərici isə riyaziyyat müəllimliyi ixtisasındadır. Burada 168 məzundan yalnız 56 nəfəri işə qəbul olunub. Bu sahədə işə düzəlmə faizi 33,3 faiz olub.