1. Ümumi məlumatlar
  2. Ümumi məlumatlar
  3. 1167 məhkum peşə təhsilinə cəlb olunub

1167 məhkum peşə təhsilinə cəlb olunub

Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub. Tiha.az xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair...

1167 məhkum peşə təhsilinə cəlb olunub

Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub.
Tiha.az xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.
Bildirilib ki, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində 76 peşə təhsili müəssisəsi fəaliyyət göstərir:
"Onlardan 8-i 15 cəzaçəkmə müəssisəsi üzrə təşkil edilib. Pedaqoji heyəti 88 nəfərdən ibarət olan həmin peşə təhsili müəssisələrində 2024-2025-ci tədris ili üçün 59 qrupda 20 ixtisas üzrə 1167 məhkum peşə təhsilinə cəlb olunub".