Azərbaycanda dövlət və özəl universitetlərdə müxtəlif növ təqaüdlər- akademik müvəffəqiyyətə, sosial vəziyyətə və xüsusi nailiyyətlərə əsaslanan təqaüdlər mövcuddur.
Bəs, görəsən, 2024-2025-ci tədris ilin I semestri üzrə universitetdə təhsil alan tələbələrin neçə faizi təqaüd alır?
Tiha.az xəbər verir ki, Mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən sorğumza cavab olaraq bildirilib ki, 2024-2025-ci ilin birinci semestri üzrə bakalavr və magistr səviyyəsində təhsil alan tələbələrin 42%-i təqaüd alır.
