1. Müsahibələr
  2. Müsahibələr
  3. Nadir İsrafilov: “Müəllimin dəyəri qalxıb, yoxsa qızıl qiymətdən düşüb...?”

Nadir İsrafilov: “Müəllimin dəyəri qalxıb, yoxsa qızıl qiymətdən düşüb...?”

“Müəllim - valideyn münasibətləri qarşılıqlı mənfəətə əsaslanan “əl əli yuyar, əl də üzü” prinsipinə tabe etdirilib.” Bu fikirləri Tiha.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib. Müsahibəni təqdim edirik. Nəzərə alsaq ki, hər bir...

Nadir İsrafilov: “Müəllimin dəyəri qalxıb, yoxsa qızıl qiymətdən düşüb...?”

“Müəllim - valideyn münasibətləri qarşılıqlı mənfəətə əsaslanan “əl əli yuyar, əl də üzü” prinsipinə tabe etdirilib.”
Bu fikirləri Tiha.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib. Müsahibəni təqdim edirik. 
Nəzərə alsaq ki, hər bir sivil dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi dəxarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur, deməlicəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri bir çox mütəfəkkirlərimizin yaradıcılığında də də özünə geniş yer alıb. Ancaq, indi bir çoxları tərəfindən valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır, bununla belə, valideynlə müəllim arasında “dil tapmaq” yolu reallığa çevrilir.
Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa, nə oldu ki, bir ara birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu,  "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, "Müəllimlər günü”, "8 mart Beynəlxalq qadınlar bayramı” adı ilə pul yığımına başlanıldı” kimi yazı başlıqları manşetlərin bəzəyinə çevrildi, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü...
Hər şey inkişaf etdiyi kimi, təbii ki, müəllim-valideyn münasibətləri də “inkişafdan” kənarda qalmadı. "Müəllimlər günü” və ‘"8 mart Beynəlxalq qadınlar bayramı” münasibətilə keçirilən pul yığımı “aksiyasına”  “Əlifba bayramı” və “Son zəng” tədbirləri də əlavə olundu. Bir müddət əvvəl. Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı Regional idarədən bildirildi ki, sözügedən məktəbin ibtidai sinif müəlliminin müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq. Daha sonra isə Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynləri “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə etmələri barədə paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidlə qarşılandı. 
İndi dəTovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı görüntülər yayılıb. İddiaya görə, Tovuz rayon Əlimərdanlı kənd Mərdan Musayev adına tam orta məktəbinin bir müəllimi özünə təmtəraqlı tədbir təşkil edib. Qeyd olunur ki, o, valideynlərdən hədiyyə qismində zinət əşyası tələb edib. Məsələ ilə bağlı bildirilib ki, video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Bununla belə, valideynlərə bir daha müraciət edərək xatırladılıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır. Ona görə də etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib. Müəllim də and-aman edir ki, hədiyyəni valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.
Ötən il də “Şokolad trendi” deyilən bir olay cəmiyyəti düşündürücü  sual qarşısında qoymuşdu: “Müəllimlərə olan dəyər, yoxsa şagirdlərin əyləncəsi?” Kimisi “trendə” bəraət qazandırır - müəllimlərlə şagirdlərin bir-birlərinə qucaq açması, sevgi göstərməsini sevindirici hal hesab edir, kimisi də xaricdən bizə transfer olunan trenddə şagirdin müəllimə şokolad yox, hörmətlə yanaşma hədiyyə etməsini daha vacib sayırdı. Belə nəticə hasil olurdu ki, bir yandan müəllimə verilən adi gül dəstəsini az qala rüşvət sayırıq, digər tərəfdən “şirinlik mübadiləsini” trend səviyyəsinə qaldırırıq.
 
Tapşırıqlar, tövsiyələr, təlimatlar, etik qaydalar, töhmətlər, vəzifədən azad etmələr... əvəzində yeni səs yazmaları, yeni video görüntülər. nəticə də göz qabağında - qolbaqlar, üzüklər, digər zinyət əşyaları. Sanki, “təhsilimiz sən saydığını say, gör fələk nə sayır“ dilemması qarşısında qalıb. Amma bir dilemma da var: “Müəllimin dəyəri qalxıb, yoxsa qızıl qiymətdən düşüb...?” Nə deyirik, təki müəllimin dəyəri qalxsın, hətta nəyin bahasına olursa, olsun. Ancaq, bu şərtlə ki, qızılın hesabına yox, nüfuzun hesabına. Çünki, qızılın dəyəri sabit deyil, unsiya qiyməti birja fondlarına tələbi ilə dəstəklənir. Müəllimin isə etibarlı dəstəyə nə inamı var, nə də güvəni....