Təhsillə bağlı məlumatların və təşəbbüslərin yayımlandığı Tiha.az platforması yeni bir layihəyə start verib. “Direktor Portreti” adlanan bu layihənin məqsədi Azərbaycanın müxtəlif məktəblərində çalışan direktorların fəaliyyətini, idarəçilik təcrübələrini və təhsilə yanaşmalarını cəmiyyətə daha yaxından tanıtmaqdır.
Layihə çərçivəsində hər dəfə bir məktəbin direktoru təqdim olunacaq, onların peşəkar yolu, rəhbərlik etdiyi məktəbdə apardığı işlər və təhsillə bağlı baxışları işıqlandırılacaq.
Tiha.az komandası bildirir ki, “Direktor Portreti” rubrikası həm maarifləndirici, həm də nümunəvi təşəbbüslərin görünməsi baxımından önəmli bir platformaya çevriləcək.
Layihənin ilk portreti yaxın günlərdə oxuculara təqdim olunacaq.
