1. Ümumi məlumatlar / Müsahibələr
  2. Ümumi məlumatlar / Müsahibələr
  3. Əmrah Həsənli: İdrak Liseyi özəl təhsilin etalonudur

Əmrah Həsənli: İdrak Liseyi özəl təhsilin etalonudur

İyunun 13-də İdrak Liseyində keçirilən “Son zəng” tədbiri liseyin yüksək təhsil səviyyəsinin və formalaşdırdığı mənəvi mühitin parlaq təzahürü oldu. Tədbirdə iştirak edən qonaqlar, valideynlər və müəllimlər bu təhsil ocağının neçə illərdir...

Əmrah Həsənli: İdrak Liseyi özəl təhsilin etalonudur

İyunun 13-də İdrak Liseyində keçirilən “Son zəng” tədbiri liseyin yüksək təhsil səviyyəsinin və formalaşdırdığı mənəvi mühitin parlaq təzahürü oldu. Tədbirdə iştirak edən qonaqlar, valideynlər və müəllimlər bu təhsil ocağının neçə illərdir formalaşdırdığı dəyərlərin və uğurların canlı şahidinə çevrildilər.

 Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, İdrak Liseyi bu gün Azərbaycan təhsilində özəl sektorun öncül nümunələrindən biri sayılır. Onun sözlərinə görə, bu məktəb yalnız savadlı şagirdlər yetişdirməklə kifayətlənmir, həm də vətəndaş mövqeyi olan, milli-mənəvi dəyərlərə bağlı gənclərin formalaşmasına xidmət edir.

Əmrah Həsənli liseyin qurucu rəhbəri,Pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun rolunu xüsusi qeyd edərək bildirib ki, bu gün İdrak Liseyi ölkədəki özəl təhsil sistemində möhkəm təməl və orijinal inkişaf modeli ilə seçilirsə, bu, ilk növbədə onun təməlində dayanan strateji baxışın nəticəsidir:
“Professor Mönsüm müəllim illərlə təhsilə verdiyi töhfələrlə yanaşı, bu liseyin intellektual və dəyərlər əsaslı təhsil modeli üzərində qurulmasına rəhbərlik edib. Onun qurduğu təməl və formalaşdırdığı vizion bu gün liseyin uğurlarının əsasını təşkil edir.”

Eyni zamanda, liseyin faktiki idarəçiliyində böyük uğurlara imza atan direktor Xuraman Şabaninin  adı da xüsusi qeyd olunmalıdır. Əmrah Həsənli bu barədə bildirib:
“Professor Mönsüm müəllimin cızdığı strateji xəttin praktik tətbiqi və gündəlik idarəçilik sahəsində mükəmməl nəticələr verən bir idarəetmə Xuraman xanımın adı ilə bağlıdır. O, liseydə həm pedaqoji mühiti qoruyub saxlayır, həm də innovativ yanaşmaları uğurla tətbiq edir. Xuraman xanım həm müəllim heyəti ilə, həm də valideynlərlə effektiv əməkdaşlıq quraraq təhsil mühitində sabitlik və dinamizmi vəhdətdə saxlayır.”

Əmrah Həsənli vurğulayıb ki, bu tədris ilində liseyin şagirdlərindən biri imtahanın birinci mərhələsində maksimum nəticə – 300 bal toplayıb. Bu, özəl məktəblər arasında ilk dəfə olaraq müşahidə edilən hadisədir və liseyin tədris keyfiyyətini bir daha təsdiqləyir:
“Bu nəticə təsadüfi deyil. Bu, planlı, sistemli, dəyərə əsaslanan bir təhsil mühitinin məhsuludur. Universitet qəbulunun ikinci mərhələsi hələ qarşıdadır, lakin ilkin nəticələr göstərir ki, İdrak Liseyinin məzunları bu il də ən yüksək göstəricilərlə yadda qalacaqlar.”

Təhsil eksperti əlavə edib ki, liseyin müəllim heyəti öz işini sadəcə fənn keçmək kimi deyil, bir missiya kimi görür. Bu yanaşma şagirdlərdə həm intellektual, həm də şəxsiyyət yönümlü inkişafı təmin edir.

Əmrah Həsənli qeyd edib ki, liseydə valideynlərlə sıx əməkdaşlıq münasibəti qurulub. Rəhbərlik ailələri təhsil prosesinə cəlb edir, şəffaf və qarşılıqlı etimada əsaslanan mühit formalaşdırır.

Sonda Əmrah Həsənli bildirib:
“İdrak Liseyi göstərir ki, təhsil yalnız nəticə ilə ölçülmür. Təhsilin keyfiyyəti həm də hansı dəyərlərlə qurulduğu, hansı məqsədlərlə həyata keçirildiyi və kimlər tərəfindən yaşadıldığı ilə ölçülür. Mönsüm müəllimin qurduğu yol xəritəsini Xuraman xanımın peşəkar idarəçiliyi ilə addım-addım reallaşdırması bu liseyi müasir Azərbaycan təhsilinin qürur ünvanlarından birinə çevirib.”