Xəbər verdiyimiz kimi, 27 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Tiha.az-a bildirilib ki, 27 aprel 2025-ci il tarixində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında maksimum nəticə- 300 bal toplayan 9 nəfər olub.
1.Abdullayev Şaiq Namiq - Abşeron rayonu, Xırdalan şəhər 9 saylı tam orta məktəb;
2. Eyvazlı Tunar Coşğun - Salyan şəhər 2 saylı tam orta məktəb;
3.Babayeva Qızyeter Famil - Qax rayonu, Güllük kənd tam orta məktəbi;
4.Musayeva Şəms Musa - Kəlbəcər rayonu, 56 saylı tam orta məktəb;
5. Əsgərova Mədinə Tural - Bakı şəhəri, 214 saylı tam orta məktəb;
6.Gülməmmədova Məryəm Zəka - Bakı şəhəri, 72 saylı məktəb-lisey;
7.Bayramov Elsevər Elnur - Bakı şəhəri, 70 saylı məktəb-lisey;
8. Hüseynli Rüqayyə Oruc - Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya;
9. Əhmədov Emil Babək - Bərdə rayonu, T.İsmayılov adına 1 saylı şəhər tam orta məktəb.
